Mingəçevirdə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – Fotolar


Hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur.
Yeniavaz.com
xəbər verir ki, bu münasibətlə sentyabrın 29-da Mingəçevir şəhər Prokurorluğunda tədbir keçirilib.
Tədbirdə prokurorluq işçiləri ilə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov, prokurorluq veteranları, hüquq mühafizə orqanlarının rəhbərləri, mətbuat işçiləri iştirak ediblər. İştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bötüvlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəhər prokuroru Qabil Səfərov respublika prokurorluğunun yaranmasının 105 illiyi münasibəti ilə çıxış edərək prokurorluğun yaranması və həyata keçirilən tədbirlər haqqında məlumat verərək əlamətdar gün münasibəti ilə prokurorluq əməkdaşlarına təbriklərini çatdırıb.
“Bir daha Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev başda olmaqla bütün prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını, o cümlədən Mingəçevir şəhər Prokurorluğunun kollektivini peşə bayramı münasibəti ilə təbrik edirəm”, - o bildirib.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov icra başçısının adından prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib.
Prokurorun köməkçisi İsmayıl Məmmədli respublika baş prokurorunun təbrikini tədbir iştirakçılarına çatdırıb.
Həmçinin şəhər prokurorunun müavini Balahüseyn Şabanov, veteran prokurorluq işçisi Kamil Yunusov, şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik ediblər.
Sonda veteran prokurorluq işçilərinə hədiyyələr təqdim olunub.








Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top