Azərbaycan Xarici İşlər Nazirliyi İraqa başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə XİN-in Tvitter hesabında məlumat yayılıb.
“Neynəva əyalətindəki toyda baş verən yanğın zamanı 115-dən çox insanın ölümü və onlarla insanın yaralanması ilə əlaqədar ölənlərin ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı veririk”, - məlumatda deyilir.