Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sentyabrın 26-da birjalarda dollar/Türkiyə lirəsi məzənnəsi 27,50 səviyyəsinə qədər yüksəlib.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 27.17 TL, satış üzrə 27.22 TL müəyyən edib.
Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının sentyabrın 26-da açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0625 manat olub.