Qarabağı könüllü tərk edən ermənilərin sayı 4850-yə çatdı – Yenilənib + Foto


Bu gün saat 12.00-a olan məlumata görə, Qarabağdan 5 minə yaxın erməni Ermənistana gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın 25-i saat 12:00 üçün Qarabağdan Ermənistana 4850 nəfər daxil olub. Onlardan 3900 nəfərinin qeydiyyat məlumatları artıq tərtib edilib. Hökumət əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayan bütün vətəndaşları müvafiq mənzillə təmin edir. Həmçinin, köməyə ehtiyacı olanların qeydiyyatı davam edir”, - məlumatda deyilib.

***09.47
Qarabağı könüllü tərk edən və Ermənistan ərazisinə keçən ermənilərin sayı açıqlanıb. Bu gün saat 06.00-a olan məlumata görə Qarabağdan Ermənistana 2906 nəfər erməni gedib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hökumət ehtiyacı olanları yaşayış yeri ilə təmin edir.

DİGƏR XƏBƏRLƏR

Top