Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına salındı


Azərbaycanın Qarabağ bölgəsində yerləşən Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycanın Milli Komissiyasından məlumat verilib. Məlumata görə, bu barədə qərar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul olunub.
Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top