Ukrayna Silahlı Qüvvələri Sevastopol şəhərinə raket hücumu həyata keçirib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, nəticədə Qara Dəniz Donanmasının tarixi qərargah binasına ziyan dəyib.
Qeyd olunur ki, hücuma cavab olaraq Rusiyanın hava hücumundan müdafiə sistemləri beş raketi vurub.
Nazirlik həmçinin bir əsgərin itkin düşdüyünü bildirib.
Xatırladaq ki, bundan əvvəl Qara Dəniz Donanması qərargahına raket zərbəsi nəticəsində bir hərbçinin həlak olduğu bildirilirdi.