304 nəfər Yeni Azərbaycan Partiyası (YAP) sıralarından xaric olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə bu gün keçirilən YAP-ın İdarə Heyətinin videokonfrans formatında iclasında qərar qəbul olunub.
“304 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub”, - Partiyanın saytında yayılan məlumatda deyilir.