Paşinyanın istefası tələb olunur – İrəvanda etiraz


Bir qrup etirazçı “Dağlıq Qarabağı Azərbaycana təslim etməkdə” ittiham etdikləri Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək, İrəvanın mərkəzində yerləşən Ermənistan hökumət binasının yaxınlığındakı Tiqran Mets prospektini bağlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, hadisə yerindən görüntülər yerli “24News” portalı tərəfindən yayımlanıb.
Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirir və Paşinyanın siyasətinin Qarabağdakı döyüşlərin uğursuz nəticələnməsinə səbəb olduğunu deyirlər.
Hazırda bütün hökumət binası polis tərəfindən mühasirəyə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top