Ermənistan polisləri bu gecə Rusiya Federasiyasının İrəvandakı Səfirliyinin ətrafındakı mühasirəni dağıdıblar.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, polislər etirazçılardan artıq bir neçəsini saxlayıblar.
Yerli kanallar hadisələri canlı yayınlayıblar.
Bildirilib ki, polislər əvvəlcə etirazçılara vaxt veriblər, ancaq sonra onlar binanın ətrafını tərk etmədikləri üçün onları həbs etməyə başlayıblar.