“Vəziyyət gərginləşsə də, sülhməramlılar Qarabağda işlərini davam etdirirlər”


“Hazırda Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı, o cümlədən Azərbaycan tərəfi ilə təmaslar aparır, Rusiya Xarici İşlər Nazirliyi bu təmasların nəticələrinə əsasən bəyanat verəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Hazırda bizim, o cümlədən Azərbaycan tərəfi ilə əlaqələrimiz var. Düşünürəm ki, yaxın vaxtlarda təmasların nəticələrinə əsasən Xarici İşlər Nazirliyi vasitəsilə müvafiq bəyanat veriləcək”, - o bildirib.
Zaxarova bildirib ki, Rusiya sülhməramlıları vəziyyətin gərginləşməsinə baxmayaraq, Qarabağda öz funksiyalarını yerinə yetirməkdə davam edirlər.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinə başlanıldığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top