“Liviyada 11,3 min nəfər daşqınların qurbanı olub” – BMT


Liviyanın şimal-şərq bölgələrindəki şiddətli yağış və daşqınlardan sonra ölkə rəsmiləri 3,2 min nəfərin dünyasını dəyişdiyini bəyan ediblər.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı rəqəmlər isə  bundan 3,5 dəfə çoxdur.
Belə ki, BMT rəsmiləri itkilərin 11,3 min nəfər olduğunu bildirirlər.
Beynəlxalq Miqrasiya Təşkilatının Liviya ofisinin hesabatına görə, təxminən 40 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, ən çox köçkünlər Derna, Əl-Bayda və Benqazi şəhərlərindədir.
Liviya Səhiyyə Nazirliyinin sözçüsü, hələ də itkin düşən şəhər sakinləri arasında sağ qalanların tapılmasına çox az ümidin olduğunu deyib.
“Əl-Cəzirə” telekanalı fövqəladə hallar xidmətinin nümayəndəsinə istinadən xəbər verir ki, daşqın nəticəsində xəsarət alanların sayı 7 mini keçib.
Qeyd olunub ki, daşqınlardan sonra suyun çirklənməsi səbəbindən 150 uşaq zəhərlənib.

DİGƏR XƏBƏRLƏR

Top