8-15 sentyabr tarixlərində Türkiyə-Azərbaycan İkitərəfli SAT-SAS Təlimi (sualtı hücum və müdafiə təlimi nəzərdə tutulur) keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Bundan əlavə, 18-30 sentyabr tarixlərində Türkiyə və Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Əbədi Qardaşlıq" - II, həmçinin, Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə "Qafqaz Qartalı" təlimləri keçiriləcək.