Sədərəkdə icra başçısının vəzifələrini o icra edəcək – Yeni təyinat


Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, o, bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Naim Cahidzadə həmçinin Sədərək Rayon İcra hakimiyyəti başçısının da vəzifələrini icra edəcək.
Qeyd edək ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top