Meksikada yadplanetlilərə aid olduğu deyilən fosillər nümayiş etdirilib – Video


Meksika Konqresində yadplanetlilərə aid olduğu iddia edilən fosillər nümayiş etdirilib.
Yeniavaz.com
“Independent”ə istinadla xəbər verir ki, sözügedən fosillərin Perunun Kusko şəhərində tapıldığı qeyd olunub.
Tədbirə jurnalist və yadplanetlilərlə bağlı araşdırmaları ilə tanınan Xayme Maussan rəhbərlik edib.
O sözügedən nümunələrin yer üzündəki təkamülün bir hissəsi olmadığına dair and içərək ifadə verib və nümayiş olunan yadplanetlilərin  DNT-sinin demək olar ki, üçdə birinin naməlum olaraq qaldığını deyib.
X. Maussan yadplanetli olduqlarını iddia etdiyi fosilləri təqdim etməzdən əvvəl ABŞ rəsmilərinə və Meksika hökumətinin üzvlərinə “UFO-lar və naməlum anomal hadisələr”in bir neçə videosunu göstərib.
“Bu nümunələr bizim yer təkamülümüzün bir hissəsi deyil... Bunlar UFO dağıntılarından sonra tapılan canlılar deyil. Onlar diatom (yosun) mədənlərində tapılıb və sonradan fosilləşib”, - Maussan bildirib.
O, iştirakçılara nümunələrin Meksika Muxtar Milli Universitetinin (UNAM) alimləri tərəfindən tədqiq edildiyini və radiokarbon tarixçəsindən istifadə edilərək DNT dəlillərinin çəkildiyini söyləyib.
Dinləmə zamanı nümunələrin rentgenoqrafiyası da göstərilib.
Ekspertlər and içərək ifadə veriblər ki, cəsədlərdən birinin içərisində “yumurta” var, hər ikisində isə Osmium kimi çox nadir metallardan implantlar var.

DİGƏR XƏBƏRLƏR

Top