![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/9/12/1/3aac1e2d-2a17-468f-8c40-0f503f0cb301/livya-sel.jpg)
Liviyanın şimal-şərqində yerləşən Derna şəhərində leysan yağışlar və daşqınlar nəticəsində ən azı 6 min nəfər ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın yerli mənbələrə istinadla verdiyi məlumata əsasən, təbii fəlakət nəticəsində Dernada ən azı 6 min nəfər ölüb.
Liviyadakı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) rəhbəri Tamer Ramazan isə jurnalistlərə bildirib ki, itkin düşənlərin sayı indiyədək 10 min nfərə çatıb.