Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Rəhman Məmmədovun Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Azər Zeynalovun digər sərəncamı ilə təhsil nazirinin müavini Ovni Muradov müvəqqəti olaraq nazirin səliyyətlərini icra edəcək.