Ankarada Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında görüş olub.
Yeniavaz.com xəbər verir ki, M.Gürak azərbaycanlı həmkarını rəsmi mərasimlə qarşılayıb.
Daha sonra tərəflər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.
Qeyd edək ki, sentyabrın 11-də K.Vəliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Səfər M.Gürakın dəvətilə həyata keçirilir.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.
Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
**12.35
Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvətilə qardaş ölkəyə səfəri çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri keçiriləcək.
Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.