Almaniya millisi ilk dəfə basketbol üzrə dünya çempionu (FIBA) olub.
Yeniavaz.com xəbər verir ki, Filippində “Mall of Asia” Arenada keçirilən final matçında Almaniya yığması Serbiyaya 83:77 hesabı ilə qalib gəlib.
Almaniya komandası bütün çempionat görüşlərində, o cümlədən ABŞ komandası ilə oyunda (113:111) qalib gəlib. Serbiya millisi İtaliya ilə görüşdə büdrəsə də, Kanadaya 95:86 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Serbiya 2-ci yeri tutaraq gümüş medal qazanıb. Kanada 3-cü, Amerika 4-cü, Latviya 5-ci, Litva 6-cı, Sloveniya 7-ci, İtaliya isə 8-ci yerdə qərarlaşıb.