Tahir Kərimlinin partiyası da qeydiyyata alındı – Siyahı


Ədliyyə Nazirliyi daha iki siyasi partiyanı - Vəhdət Partiyasını (sədr Milli Məclisin deputatı Tahir Kərimli) və Azad Vətən Partiyasını (sədr Akif Nağı) dövlət qeydiyyatına alıb.
Yeniavaz.com
xəbər verir ki, bununla 27 siyasi partiyadan 14-ü yenidən dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, bundan öncə aşağıdakı partiyalar Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçib:
Yeni Azərbaycan Partiyası (sədr prezident İlham Əliyev),
Ağ Partiya (sədr Tural Abbaslı),
Vətəndaş Həmrəyliyi Patiyası (sədr Milli Məclisin deputatı Sabir Rüstəmxanlı),
Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev),
Milli Cəbhə Partiyası (sədr Milli Məclisin deputatı Razi Nurullyaev),
Ana Vətən Partiyası (sədr Milli Məclisin deputatı Fəzail Ağamalı),
Haqq Ədalət Partiyası (sədr keçmiş səhiyyə naziri Əli İnsanov),
Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə),
Ümid Partiyası (sədr, keçmiş deputat İqbal Ağazadə),
Böyük Azərbaycan Partiyası (sədr Elşad Musayev),
Xalq Partiyası (sədr keçmiş baş nazir Pənah Hüseyn),
Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu) yenidən dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, ölkənin aparıcı müxalifət partiyaları - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Respublikaçı Alternativ Partiyası hələ qeydiyyata alınmayıblar.
Partiyaların yenidən qeydiyyatı bu ilin yanvarında qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” yeni qanunun tələbidir. Onun şərtlərinə görə, ən azı 5 min üzvünün reyestr məlumatlarını Ədliyyə Nazirliyinə təqdim edən partiya dövlət qeydiyyatına alına bilər.

DİGƏR XƏBƏRLƏR

Top