Şahruddin “Adana Dəmirspor”a keçdi – “Qarabağ”la belə sağollaşdı


Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə həm “Qarabağ”, həm də “Adana Dəmirspor” sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıblar.
“2016-cı ildən komandamızda çıxış etmiş Şahruddin Məhəmmədəliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!” – “Qarabağ”ın paylaşımında deyilir.
Ş. Məhəmmədəliyev də sosial şəbəkə hesabı vasitəsilə “Qarabağ”a təşəkkür edib:
“İnsan son damlasına qədər sevməli və savaşmalıdır. Hər şey üçün təşəkkür edirəm sevimli “Qarabağ””.

“Klubumuz azərbaycanlı qapıçı Şahruddin Məhəmmədəliyevlə 2 illik anlaşma əldə edib”, - “Adana Dəmirspor”un yaydığı məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top