Sədərək rayon icra başçısının müavini işdən azad olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev sərəncam imzalayıb.
Sərəncama əsasən, icra başçısının müavini Əli Zeynalzadə işdən çıxarılıb.
***12:08
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova işdən çıxarılıb.
Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb.
Eyni zamanda, Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Tural Quliyev də vəzifəsindən azad olunub. Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb.