Sentyabrın 7-də Ədliyyə Nazirliyi daha iki partiyanı qeydiyyata alıb.
Yeniavaz.com xəbər verir ki, bunlar sədri Elşad Musayev olan Böyük Azərbaycan Partiyası və sədri Pənah Hüseyn olan Azərbaycan Xalq Partiyasıdır.
Qeyd edək ki, bununla da qeydiyyata alınan partiyaların sayı 11-ə çatıb. Daha 16 partiya isə Ədliyyə Nazirliyindən müsbət cavab gözləyir.
Qeyd edək ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun ötən il qəbul edilib və bu ilin əvvəlində qüvvəyə minib. Yeni qanunun qəbulu ilə də partiyaların yenidən qeydiyyat məsələsi gündəliyə çıxıb. Yeni qanunda qeydiyyat üçün üzv sayı 1 mindən 5 minə qaldırılıb. Üstəlik, yeni qanunda partiya üzvlərinin reyestrinin aparılması da öz əksini tapıb.