“Rusiyada Ermənistandan daha çox erməni var” – Peskov


“Unutmayaq ki, Rusiyada yaşayan ermənilər Ermənistanın özündən çoxdur”.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov verdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatına cavab verərkən deyib.
“Biz baş nazirin bu tezisləri ilə (Rusiya Federasiyasının Cənubi Qafqazı tərk etməsi nəzərdə tutulur) razılaşa bilmərik. Rusiya heç yerə getmir və getməyə hazırlaşmır. Rusiya vəziyyətin sabitləşdirilməsində və münaqişənin aradan qaldırılmasında ardıcıl, çox mühüm rol oynamaqda davam edir. Bu kontekstdə bütün region dövlətlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli sazişlərə sadiqliyi vacibdir. Vəziyyəti bir qədər dəyişdirən yeni hadisələr baş verdi. Amma bu o demək deyil ki, Rusiya hansısa yolla öz fəaliyyətini məhdudlaşdırır. Unutmayaq ki, Rusiyada yaşayan ermənilər Ermənistanın özündən çoxdur”, - o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top