Putindən Kadırovun 25 yaşlı qızı ilə bağlı sərəncam


Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının mədəniyyət naziri Ayşat Kadırovanı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
“Milli mədəniyyətin və incəsənətin inkişafındakı xidmətlərinə, uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə görə Kadırova Ayşat Ramzanovna təltif edilsin”, - məlumatda deyilir.
Qeyd edək ki, 25 yaşlı Ayşat Kadırova Çeçenistan rəhbəri Ramzan Kadırovun qızıdır.

DİGƏR XƏBƏRLƏR

Top