Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi (AYNA) Monitorinq Mərkəzinin bu gün səhər pik saatlarına olan məlumatına görə paytaxtın müxtəlif ərazilərində mövcud olan nəqliyyat sıxlıqları ilə əlaqədar marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, gecikmə müşahidə edilən istiqamətlər aşağıdakılardır:
1. "Bakı-Sumqayıt şosesi" - "Bakı Beynəlxalq Avtovağzal Kompleksi" - "Moskva prospekti" - "20 Yanvar dairəsi" istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 20-25 dəqiqə gecikmə müşahidə olunur.
2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, həmçinin əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə var.
3. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.
4. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-20 dəqiqə gecikmə qeydə alınır.
5. Heydər Əliyev prospekti - Şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.
6. Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq var. Bu səbəbdən 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə qeydə alınır.
7. Yavər Əliyev küçəsi – Aeroport şosesi istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən 24, 35, 40, 49, 113, 184, 208, 209 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-20 dəqiqə gecikmə müşahidə olunur.