Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, hazırda sıxlıq müşahidə edilən yollar bunlardır:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, "Çermet" körpüsündən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
6. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
7. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində.