Vətən Müharibəsində şəhid olan, Mingəçevir Şəhidlər xiyabanında dəfn olunan Musa və Tural Həsənov qardaşlarının atası Tapdıq Həsənov vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə social şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, T.Həsənov Mingəçevir şəhərində dünyasını dəyişib.
Qeyd edək ki, Musa şəhid olandan qısa müddət sonra 1 yaş 3 aylıq qızı İnci də dünyasını dəyişmişdi.
Allah rəhmət eləsin!