![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/9/1/1/422fc0bb-94e5-480f-9533-5f525e513c2e/samir-rzayev-cahangir-esgerov.jpg)
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib və onun vəzifəsinin müvəqqəti icrası AZAL-ın birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.
Yeniavaz.com Ekonominfo-ya istinadən xəbər verir ki, Samir Rzayev AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə 2022-ci ilin noyabr ayında təyin olunub.
Bu vəzifədən əvvəl isə “Bravo” supermarketlər şəbəkəsində satış müdüri olub. Samir Rzayev 2017-ci ildən “Bravo”da işləyib.
2009-2017-ci illərdə isə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri olub.
Samir Rzayev 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində magistr təhsili alıb.
Onu da qeyd edək ki, “Bravo” supermarketlər şəbəkəsi ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlıdır.