Bu gün Ermənistan hökuməti Roma Statutunun ratifikasiya üçün Milli Assambleyaya göndərib.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə hökumətin informasiya agentliyi məlumat yayıb.
Qeyd olunur ki, xüsusilə, göndərilən sənəddə qeyd-şərtin olub-olmaması və ya Rusiya prezidentinin həbsi ilə bağlı hər hansı müddəanın olub-olmadığı məlum deyil.
Layihə hələ Milli Assambleyanın saytında dərc edilməyib.
Xatırladaq ki, bu ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib. Bir həftə əvvəl isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.