Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) avqust ayı ərzində işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ANAMA Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, ötən ay ərzində Tərtər, Kəlbəcər, Xocalı, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı və Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.
Əməliyyatlar zamanı piyada əleyhinə 972, tank əleyhinə 1020 mina və 1121 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.
Ümumilkidə 5 264, 14 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.