Ermənistan zərbə PUA-sı ilə hücum etdi – Hərbçilərimiz yaralandı


Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.
Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

DİGƏR XƏBƏRLƏR

Top