Bu gün Binəqədi rayonunda qaz kəsiləcək


Bu gün Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A. Zeynallı küçəsində 3 ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1 ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar 1 sentyabr saat 10:00-da qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M. S. Ordubadi, M. Aslanov, M. Füzuli və A. Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Top