Afiəddin Məmmədov azadlığa buraxıldı


İctimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov azadlığa çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fatimə Mövlamlı sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, Afiəddin Məmmədov avqustun 1-də – Bakıda kuryerlərin təşkil etdiyi etiraz aksiyasından sonra saxlanılıb.
Fəala İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci maddəsi (qanuni tələblərə qəsdən tabe olmamağa görə) əsasında 30 sutka həbs cəzası verilib.
Xatırladaq ki, A. Məmmədov daha öncə ötən ilin noyabrın 11-də saxlanılmış, polisə müqavimətdə ittiham olunaraq 30 sutka həbs cəzası almışdı. Bu il fevralın 23-də isə ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə xətada ittiham olunaraq növbəti dəfə 30 sutka həbs cəzası almışdı.

DİGƏR XƏBƏRLƏR

Top