![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/8/31/1/1594ca66-ce18-43b5-a1af-70f9aac346d3/hakan-fidan-lavrov.jpg)
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya işgüzar səfər edib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Fidan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Qeyd olunur ki, Fidan-Lavrov görüşündə əsas mövzu taxıl böhranı olacaq. Rusiya tərəfindən ləğv edilən “taxıl dəhlizi” müqaviləsinin yenidən aktivləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Moskvada keçiriləcək görüşün gündəmində ikitərəfli münasibətlər də olacaq. Türkiyə ilə Rusiya arasında əməkdaşlıq sahələrinin inkişafı üçün təqib ediləcək yol xəritəsi, xüsusilə enerji və müdafiə sənayesi layihələri müzakirə ediləcək.
Fidan-Lavrov görüşü həm də prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşünə hazırlıq xarakteri daşıyır.