“Azərbaycan Ermənistanın yaratdığı süni gündəmin dalınca gedir”


“Son günlər Ermənistan bütün diqqətləri Azərbaycanın içərisinə yönəldib. Azərbaycan da bilərəkdən, ya da bilməyərəkdən bu süni gündəmin dalınca gedir və böyük rəsmi görmək istəmir”.

Yeniavaz.com xəbər verir ki, bunu hüquqşünas Ələsgər Əhmədoğlu (Məmmədli) sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Laçın yolunun bağlanmasının səbəbi Ağdam yolunun açılması deyil və olmamamlıdır:
“Ağdam yolu məsələsi ilə Laçın yolu bir-birinə alternativ ola bilməz. Laçın yolunun bağlanmasının iki önəmli səbəbəi var:
1 - Rus sülhməramlılarının yerləşdiyi ərazidə 10 Noyabr bəyanatının şərtlərinə baxmayaraq silahlı erməni birləşmələrinin mövcud olması və günü-gündən həm silahlanma, həm də yeni mevzilər tutma cəhdləri, təxribatlar törətmələridir. Bu prossesə Laçın yolu ilə sistemli dəstək verilirdi və Laçın keçən il təhvil alınanda orada basdırılan 2021-ci il Ermənistan istehsalı minalar bunu açıq təsdiqləyən faktlardandır. Ayrıca, Ermənistandan olan gənclər bu yolla Azərbaycanın suveren ərazisində Azərbaycanın razılığı olmadan hərbi xidmət keçməyə gəlirdi – əvvəl olduğu kimi. (Qeyd: Ermənistan da bu müddətdə boş durmur, sürətlə Hindistandan, İrandan, Rusiyadan və böyük ehtimalla qərbdə olan dostlarından silahlarını, cəbhanələrini yeniləməklə, yeni revanşist müdaxiləyə hazırlaşmaqdadır);
2 - İkinci daha önəmli  səbəb yenə 10 Noyabr bəynatında olan və hələ də açılmayan Zəngəzur yolu və digər qərb ərazilərini Naxçıvanla birləşdirən alternativ yolların açılmaması və hətta açılmasının üfüqdə görünməməsidir.
Müzakirələrin Laçın-Ağdam müzakirəsinə yönəlməsi əslində aşağıdakı ciddi problemləri yaradır:
- Ermənisanın, erməni lobbisinin və Qarabağda yaşayan erməni əsilli şəxslərin yaratdıqları süni gündəmin dalınca gedərək Laçın yoluna alternativin Ağdam yolu olması məsələsi əsas Naxçıvanla (o cümlədən Türkiyə ilə) Zəngəzurdan quru yolun (yolların) bərpasını gündəmdən çıxarır;
- Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qanunsuz mövcud olmasını və yaxın təhlükə saçdığını unutdurur və çıxarılmasını gündəmdə geri plana atır;
- 10 noyabr bəyanatında göstərilən şəkildə bölgədən (Xankəndi, Kərkicahan, Xocalı, Ağdərə, Xocavənd, Əskəran və s. yaşayış yerlərindən) didərgin düşən məcburi köçkünlərin bölgəyə BMT nəzarətində (10 Noyabr bəyanatındakı şərt) geri qaytarılması məsələsinin üzərindən sükutla keçməyə səbəb olur;
- Azərbaycanın yeraltı və yerüstü sərvətlərini 30 il qanunsuz və vəhşicə istismar edərək, habelə mədəni, mənəvi, maddi miraslarını yox edərək, 1 milyonadək insanın məskunlaşdığı bütün yaşayış yerlərinin, evələrin, ictimai qurğuların, obyektlərin, infrastrukturun məhv edilərək milyard dollarla vurulan zərərin kompensasiya edilməsi məsələsini geri plana atır”.
Hüquqşünas bildirib ki, Ağdam yolu ermənilər üçün yox, Rus sülhmərmlıların lojistik (sadəcə qida və müqavilədə nəzərdə tutulan həcmdə avadanlıq) istifadəsi üçün tək yol olmalıdır:
“Rus Sülhməramlılarının Azərbaycanın içərisində olan bir ərazidə xidmət etməsi üçün istifadə edəcəyi yol, Azərbaycanın təklif etdiyi və rəsmi xarakterinə, həcminə, mahiyyətinə nəzarət etdiyi yol olmalıdır - rəsmi girişi Azərbaycan gömrük orqanlarına və rəsmi qurumlarına bəyan edilən mal və avadanlıqlar yalnız bu ərazidən keçə bilməlidir.
Laçın yoluna gəldikdə, bu yol Naxçıvanla qurulacaq körpü açılmayanadək açılmamamlı, 10 Noyabr müqaviləsinin şərti kimi bir paket şəklində həll olmalıdır. Azərbaycan 3 il ərzində xoş niyyət göstərib bu yolun istifadəsini təktərəfli açıq tutub. 3 il yetərli idi ki, Ermənistan da öz öhdəliyini icra etsin və Zəngəzur yolunu açsın. Bu yol açıldıqdan sonra, iki müstəqil və suveren dövlətin daxili hüquqlarına uyğun həmin yollar istifadə edilə bilər- qarşılıqlılıq prinsipi əsasında.
Rəsmi qurumlar və şəxslər bu yazılanlara diqqət etməli, problemin həllinə bu aspektdən yanaşmalıdırlar”.

DİGƏR XƏBƏRLƏR

Top