Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qondarma respublikanın başçısı Araik Arutyunyan istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə səhifəsində yazıb.
O bildirib ki, istefa ərizəsini sabah “parlamentə” təqdim edəcək.
Qeyd edək ki, Arutyunyan bu gün Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən kənarlaşdırıb və onun yerinə geniş səlahiyyətlər verilmiş Sergey Şahramanyanı “Təhlükəsizlik Şurasının katibi” təyin edib.
Arutyunyan 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.