Böyük Britaniyanın müdafiə naziri istefa verib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı o, öz sosial şəbəkə hesabında bildirib.
"Bu böyük millətə xidmət etmək şərəf idi", - nazir deyib.
Müdafiə naziri istefası ilə bağlı Baş nazir Rişi Sunaka müraciət edib. Sunak ona cavabında Uollesin istefasını təsdiqlədiyini bəyan edib.
İstefanın səbəbi hələ ki, məlum deyil.
Qeyd edək ki, B.Uolles 2019-cu ildə müdafiə naziri təyin olunub.