Türkiyədə sabiq nazirin meyiti hovuzdan tapıldı


Türkiyənin keçmiş qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Kutbettin Arzunun Yalovada istirahət üçün getdiyi Türkiyə Böyük Millət Məclisinə məxsus sanatoriyanın hovuzunda meyiti tapılıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, Arzunun ölümünə infarktın səbəb olduğu ehtimal edilir.
Polis 68 yaşlı sabiq nazirin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Kutbettin Arzu 2015-ci ildə Nazirlər Kabinetində qida, kənd təsərrüfatı və heyvandarlıq naziri kimi təmsil olunub.
Arzu ailəli olub, dörd övladı var.

DİGƏR XƏBƏRLƏR

Top