Mərkəzi Afrika ölkəsi Qabonda bir qrup yüksəkrütbəli hərbçi dövlət çevrilişi edib.
Yeniavaz.com xarici KİV-lərə istinadla xəbər verir ki, bu ölkənin dövlət başçısı Əli Bonqonun üçüncü dəfə prezident seçkilərində qalib gəlməsindən sonra hərbçilərdən ibarət qrup onun prezidentliyini tanımadığını və bütün hakimiyyəti öz əllərinə aldığını bəyan edib. “Gabon-24” telekanalında çıxış edən hərbçinin bəyanatına hökumətdən cavab gəlməyib. Hərbçilər bildiriblər ki, hökumətin, parlamentin, seçki komissiyasının fəaliyyəti qadağan edilir.
Bu, 2020-ci ildən bəri Qabonda baş vermiş səkkizinci çevrilişdir. Bundan əvvəl Mali, Burkina-Faso, Çad və Nigerdə də hərbi çevrilişlər olub.