Ronaldo daha bir dünya rekordu vurdu


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun oyunçusu Kriştiano Ronaldo daha bir dünya rekorduna imza atıb.
Yeniavaz.com Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadla xəbər verir ki, avqustun 30-da “Əl-Nəsr”in “Əl-Şabab”a vurduğu dörd qoldan ikisi onun milli liqalardakı 516-cı və 517-ci qolları olub. Beləliklə o, 515 qolla bu rekorda sahib olan Yozef Bitsan və Ferents Puşkaşı geridə qoyub.
Bu siyahıya regional liqalarda vurulan qollar daxil edilməyib. Buna görə də, burada Pele və Romarionun adı yoxdur.
Xatırladaq ki, inidyə qədər futbol tarixində bu kateqoriyada 500 qola çatan 3 (Messi tezliklə 4-cü olacaq), 400 qola çatan isə 8 oyunçu var.

DİGƏR XƏBƏRLƏR

Top