Azərbaycanda ötən gün itkin düşdüyü bildirilən alimlər tapılaraq İsmayıllıya gətirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilir ki, onlar dağlıq ərazidə tapılaraq Şahdağ Milli Parkının ərazisinə gətirilib.
***29 avqust, 23:15
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayb.
Məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.
Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, daha öncə sözügedən şəxslərin İsmayıllı rayonu ərazisində itkin düşmələri barədə xəbər yayılmışdı.
***20:51
Azərbaycanda iki gənc alim itkin düşüb.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayılı istiqamətində yoxa çıxıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan şəxslərlə bağlı polisə müraciət edilib, barələrində axtarışa elan olunub və tapılmaları istiqamətində tədbirlər görülür.
Elnur Nəciyev