“Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinlə vida mərasimi ailəsi və dostlarının iştirakı ilə Sankt-Peterburqdakı Porohovski qəbiristanlığında baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Priqojinə yaxın mənbələr məlumat veriblər.
“Yevgeni Priqojinlə vidalaşma yaxınlarının istəyinə uyğun olaraq yalnız qohumları və dostlarının iştirakı ilə baş tutub”, - mənbə bildirib.
Priqojinin mətbuat xidməti mərasimin baş tutduğunu təsdiqləyib.
“Vidalaşmaq istəyənlər Poroxovskoye qəbiristanlığını ziyarət edə bilərlər”, - mətbuat xidmətinin Teleqram kanalında yerləşdirilən məlumatda deyilir.