Ukraynada müharibə başlayandan 9511 mülki şəxs həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından məlumat verilib. Məlumata görə, onların 4405-i kişi, 2638-i qadın, 233-ü qız və 287-si oğlan uşağıdır. Ölənlərdən 1948 nəfərinin şəxsiyyəti məlum deyil. Həmçinin, müharibə nəticəsində 17 206 nəfər yaralanıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.