Putin Priqojinin dəfnində iştirak edəcək? – Kreml açıqladı


“Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinin dəfn mərasimi ilə bağlı Kremldə heç bir məlumat yoxdur və Rusiya Prezidenti Vladimir Putinin mərasimdə iştirakı gözlənilmir”.
onlar üçün “təmin edilməyib”,
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlması zamanı deyib.
“Prezidentin iştirakı gözlənilmir, dəfnlə bağlı konkret məlumatımız yoxdur, bu məsələ ilə bağlı qərarı qohumlar və dostlar verir, burada onlarsız heç nə deyə bilmərik”, - Peskov bildirib.
Qeyd edək ki, avqustun 27-də İstintaq Komitəsi Tver vilayətində təyyarənin qəzaya uğramasından sonra molekulyar genetik ekspertizaları başa çatdırıb. İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib, onlar elan edilmiş siyahıya uyğun gəlir. Sözügedən siyahıda Y. Priqojinin də adı var.

DİGƏR XƏBƏRLƏR

Top