Rusiya və Türkiyənin XİN başçıları Moskvada görüşəcəklər – Zaxarova


Moskvada Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib:
“Yaxın vaxtlarda Moskvada Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Hakan Fidan arasında görüş baş tutacaq”, - diplomat bildirib.
Qeyd edək ki, avqustun 25-də Hakan Fidan Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri kimi ilk səfərini Kiyevə edib.

DİGƏR XƏBƏRLƏR

Top