Bakıda daha bir küçədə sürət həddi endirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, 28 avqust tarixindən paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.