![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/8/26/1/355d2f6b-6500-40f7-a15d-b1fb5f847d54/aticiliq-macaristan1.jpg)
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında bu gün 300 metr məsafəyə tüfəngdən atəş açma üzrə kişilər arasında yarışlar keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib. Məlumata görə, bu növdə Macarıstan təmsilçisi İştvan Peni qızıl medal qazanıb. O, “gümüş”ün sahibi norveçli Andre Kim Landla eyni - 587 xal toplasa da, əlavə göstəricilərə görə həmkarını qabaqlayıb.
Bürünc medal isə liderlərdən 1 xal az toplayan ABŞ atıcısı Timoti Şerrinin olub.
Komanda yarışında Avstriya qızıl, İsveçrə gümüş, Norveç isə bürünc medala sahib çıxıb.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/8/26/1/04884981-6437-4885-8a71-211c1ffc9eb6/aticiliq-macaristan1a.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/8/26/1/37733856-8397-4416-82e5-f814d2b67fd3/aticiliq-macaristan1b.jpg)