Cəbrayılda mina partladı – Xəsarət alan var + Yenilənib


Cəbrayılda minatəmizləmə zamanı baş verən partlayışla bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ANAMA Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, 2023-cü ilin 25 avqust tarixində Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.
Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.
Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

***12.33 
Cəbrayılda minatəmizləmə zamanı partlayış olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Məlumata görə, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.
Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top