“Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman TV” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman TV” bu oyunu canlı yayımlandıra bilmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qarabağ”ın rəsmi açıqlamasında bildirilib.
Qeyd edilib ki, yayımla bağlı məsuliyyəti birbaşa “İdman TV” kanalı daşıyır.