177 avtobus gecikir


Monitorinq Mərkəzinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində mövcud olan nəqliyyat sıxlıqları ilə bağlı 41 müntəzəm marşrut xətti üzrə 177 avtobusun hərəkət intervalında gecikmələr müşahidə edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, gecikmə müşahidə edilən istiqamətlər aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi - "Bakı Beynəlxalq Avtovağzal Kompleksi" - "Moskva prospekti" - "20 Yanvar dairəsi" istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 17-21 dəqiqə gecikmə müşahidə olunur.
2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda "20 Yanvar dairəsi" istiqamətində, həmçinin əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-17 dəqiqə gecikmə var.
3. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqə gecikmə müşahidə olunur.
4. Tbilisi prospekti – "20 Yanvar dairəsi" və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə qeydə alınır.
5. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.
6. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə qeydə alınır.
7. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti - "Azneft dairəsi" istiqamətində 5, 18, 88 və 125 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 9-13 dəqiqə gecikmə müşahidə olunur.
8. Mikayıl Useyinov küçəsi - Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqə gecikmə var.
9. 8 Noyabr prospekti – şəhər istiqamətində sıxlıq qeydə alınır. Bu səbəbdən həmin ərazidən keçən 21, 32, 46, 175 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top